Azərbaycan incəsənətinə ağır itki ÜZ VERİB: Məşhur siyasi xadimin qızı dünyasını dəyişdi
13 Dekabr 2025, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2352
16.04.2025, 17:31
Bu gün ölkə ərazisində əksər çaylarda sululuq artıb.
Bu barədə Oxu24.com-a Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən bildirilib.
Məlumata görə, ən çox artım Böyük Qafqaz ərazisindən axan çaylarda qeydə alınıb. Belə ki, Böyük Qafqaz ərazisindən axan Vəlvələçayda 49 sm, Qarasuçayda 25 sm, Qımılda 24 sm, Əyriçayda 21 sm, Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 15 sm, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 29 sm, Oxçuçayda 22 sm, Köndələnçayda 18 sm, Tərtərçay-Vəngdə 9 sm, Tutqunçay və Bəsitçayda 9 sm, Həkəriçayda 4 sm artım qeydə alınıb.
Transsərhəd çaylarda: Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 40 sm, Araz-Qıvraq məntəqəsində 19 sm, Qanıx-Cəlayir məntəqəsində isə 7 sm artım qeydə alınıb.
Müşahidə olunan leysan xarakterli intensiv və güclü yağıntılar nəticəsində Şabran rayonu ərazisindən axan Gilgilçay, Quba rayonu ərazisindən axan Qudiyalçay, İsmayıllı rayonu ərazisindən axan Girdimançay, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançay, Ağsu rayonu ərazisindən axan Ağsuçay, Qobustan rayonu ərazisindən axan Pirsaatçay və Samux rayonu ərzasinindən axan Qabırrı çayından sel keçib.
Həmçinin oxuyun
Qeyri-sabit və fasilələrlə yağıntılı hava şəraitinin aprelin 17-dək davam edəcəyi, 16-sı gün ərzində intensiv və güclü yağıntılı olacağı gözlənilir ki, bu da ölkə ərazisinin çaylarında sululuğun yüksək, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara zonasının bəzi çaylarında sel və daşqın hadisələrinin davam edəcəyi gözlənilir.
15:08 / 13 Dekabr 2025
462
14:50 / 13 Dekabr 2025
35
14:38 / 13 Dekabr 2025
51
14:28 / 13 Dekabr 2025
52
14:22 / 13 Dekabr 2025
47
14:12 / 13 Dekabr 2025
154
13:14 / 13 Dekabr 2025
531
13:07 / 13 Dekabr 2025
301
12:58 / 13 Dekabr 2025
162
12:16 / 13 Dekabr 2025
949
12:08 / 13 Dekabr 2025
109
11:44 / 13 Dekabr 2025
75
11:30 / 13 Dekabr 2025
89
11:09 / 13 Dekabr 2025
906
11:07 / 13 Dekabr 2025
400
10:25 / 13 Dekabr 2025
1106
09:15 / 13 Dekabr 2025
873
09:06 / 13 Dekabr 2025
709
08:45 / 13 Dekabr 2025
132
08:37 / 13 Dekabr 2025
158
00:28 / 13 Dekabr 2025
158
00:14 / 13 Dekabr 2025
1115
00:01 / 13 Dekabr 2025
751
23:20 / 12 Dekabr 2025
690
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.